Kriminal Özəl

Evdəki döşəmə fırçası cinayət alətinə çevrildi

Evdəki döşəmə fırçası cinayət alətinə çevrildi

Astara rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1962-ci il təvəllüdlü Sabir həyat yoldaşı Mübarizə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Onların birlikdə yaşadıqları evdə ailə daxili münasibətlər zəminində mübahisələri yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs arvadının bədəninin müxtəlif nahiyələrinə plastik döşəmə fırçası ilə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Sabirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Sabir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışmasının nəzərə alınmasını xahiş edib.

Zərərçəkmiş qadın da ərizə ilə məhkəməyə müraciət edib. O, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını deyib.

Astara Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az