Sağlamlıq

Hantavirus rəsmən bitdi

Hantavirus rəsmən bitdi

MV Hondius ekspedisiya gəmisində yayılan təhlükəli And virusu epidemiyası tamamilə dayanıb. Ümumdünya Səhiyyə Təşkilatı səyahət gəmisindəki epidemiyanın bitdiyini rəsmən açıqlayıb. Qurumun baş direktoru Tedros Adhanom Gebreyesus bu barədə sosial şəbəkədə məlumat paylaşıb.

Baş direktor sonuncu xəstənin karantin müddətinin bitdiyini bildirib. Həmin şəxsin analiz nəticələri mənfi çıxıb və o, evə buraxılıb. Gəmidə mayın 25-dən bəri yeni yoluxma faktı aşkarlanmayıb. Bu səbəbdən

ÜST gəmidəki epidemiyanın yekunlaşdığını elan edib.

Niderlanda məxsus gəmidə hantavirus infeksiyası cari ilin aprel və may aylarında yayılmışdı. Hadisə Cənubi Atlantik okeanında səyahət zamanı qeydə alınmışdı. Ekspedisiya gəmisində 88 sərnişin və 59 heyət üzvü olmaqla cəmi 147 nəfər var idi.

Təşkilat mayın 2-də gəmidəki vəziyyətlə bağlı ilkin məlumatları qəbul etmişdi. Araşdırmalar zamanı 13 nəfərdə hantavirus infeksiyası laboratoriya üsulu ilə təsdiqlənmişdi. Yoluxanlardan 3 nəfər infeksiya səbəbindən həyatını itirmişdi.

Hantaviruslar əsasən gəmiricilər və xırda məməlilər vasitəsilə yayılır. Bu viruslar heyvanlardan insanlara da asanlıqla keçə bilir. Xəstəlik ağır keçdikdə ağciyər zədələnməsinə, ürək çatışmazlığına və daxili qanaxmalara yol açır.

Demokrat.az

D
demokrat.az