Dünya Özəl

Türkiyədə hoteldə güclü yanğın oldu — FOTOLAR

Türkiyədə hoteldə güclü yanğın oldu — FOTOLAR

Türkiyənin Antalya vilayətinin Alanya rayonunda yerləşən hotellərdən birində baş verən yanğın təşvişə səbəb olub.

Demokrat.az xəbər verir ki, yanğın hotelin zirzəmisində başlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb edilib.

Təhlükəsizlik məqsədilə hoteldə qalan bütün turistlər təxliyə olunub. Tüstüdən təsirlənən bir neçə nəfərə hadisə yerində tibbi yardım göstərilib, astma xəstəsi olan üç turist isə müayinə üçün xəstəxanaya aparılıb.

Yanğın qısa müddətdə nəzarət altına alınıb və alovun hotelin digər hissələrinə yayılmasının qarşısı alınıb. İlkin məlumata görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub.

Məlumata əsasən, təxliyə edilən turistlər yaxınlıqdakı digər hotellərə yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Türkiyədə hoteldə güclü yanğın oldu — FOTOLAR

Türkiyədə hoteldə güclü yanğın oldu — FOTOLAR

Türkiyədə hoteldə güclü yanğın oldu — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az