Kriminal Özəl

Evə texniki avadanlıq aldığına görə arvadını döydü

Evə texniki avadanlıq aldığına görə arvadını döydü

Sumqayıt şəhərində 30 yaşlı kişi həyat yoldaşına qarşı cinayət törədib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü Orxan arvadı Sənəm (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı ona şillə zərbələri vuraraq xəsarətlər yetirib.

Faktla bağlı Orxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sənəm ilə rəsmi qaydada ailə həyatı qurub, nikahdan üç övladları dünyaya gəlib:

“Məlum hadisə günü Sənəm ev üçün qaz sobası aldı. Həmin gün axşam evdə olduğumuz zaman qaz sobasına ehtiyacımızın olmamasını və əlavə xərc çəkdiyini dedim, Sənəmlə mübahisə etməyə başladım. O, isə bu məsələdə haqlı olduğunu bildirdi. Bu zaman əsəbləşərək əlim ilə onun sol qol nahiyəsinə şillə zərbəsi endirdim və evi tərk edərək getdim”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı onların barışması məlum olub. Bununla bağlı onlar məhkəməyə rəsmi qaydada ərizə təqdim ediblər.

Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az