Türkiyəli aktrisa Buçe Buse Kahraman sevgilisi Kaan Akyıldızdan evlilik təklifi alıb.
Demokrat.az xəbər verir ki, ABŞ-da istirahətdə olan cütlük üçün Kaan Akyıldız romantik bir sürpriz təşkil edərək sevgilisinə üzük təqdim edib və evlilik təklifi edib. Aktrisa təklifi qəbul edib.
"Teşkilat" serialında Bahar obrazını canlandıran Buçe Buse Kahraman xoş anların fotolarını sosial media hesabında paylaşaraq, "Artıq ən sevdiyim nağıl 'Balaca su pərisi' deyil" sözlərini yazıb.
Paylaşım qısa zamanda izləyicilərin və sənət adamlarının diqqətini cəlb edib, cütlük çoxsaylı təbrik mesajları alıb. Cütlüyün toy tarixi ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.
Leyla Demokrat.az


