Cəmiyyət Özəl

İşə yeni qəbul olanların çoxu bu maddədən xəbərsizdir

İşə yeni qəbul olanların çoxu bu maddədən xəbərsizdir

Azərbaycan əmək qanunvericiliyinə əsasən, ümumi qaydada işçilər əmək məzuniyyətindən əmək müqaviləsi bağlandıqdan və altı ay fasiləsiz işlədikdən sonra istifadə edə bilirlər. Bununla belə, qanunvericilikdə müəyyən kateqoriyadan olan şəxslər üçün istisnalar da nəzərdə tutulub. Belə ki, bəzi hallarda işçilər altı aylıq müddət tamam olmadan da əmək məzuniyyətinə çıxmaq hüququ əldə edirlər.

Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, əmək qanunvericiliyinə əsasən, işçinin illik məzuniyyətdən istifadə etməsi üçün adətən altı ay fasiləsiz işləməsi tələb olunur:

“Lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 131-ci maddəsinin dördüncü bəndində bu qaydanın istisnaları da göstərilib. Belə ki, bəzi kateqoriyalara aid şəxslər altı ay tamam olmadan da məzuniyyət hüququndan yararlana bilirlər. Bu hallara hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən əvvəl və ya sonra olan qadınlar, 18 yaşına çatmamış işçilər, hərbi xidmətdən buraxıldıqdan sonra üç ay ərzində işə qəbul olunan şəxslər, əvəzçilik üzrə çalışanlar, hərbi qulluqçuların həyat yoldaşları, təhsil alan şəxslər, eləcə də əlilliyi olan şəxslər daxildir. Bu yanaşma sosial həssas qrupların hüquqlarının qorunmasına və onların iş-məişət balansının təmin edilməsinə xidmət edir.”

Beləliklə, qanunvericilik sosial statusu və xüsusi vəziyyəti fərqli olan işçilərə altı ay tamam olmadan da məzuniyyət götürmək hüququ verir.

Leyla Turan

D
demokrat.az