Türk müğənni və aktyor Emre Altuğ keçmiş həyat yoldaşı Çağla Şikel ilə dost münasibətlərini davam etdirdiyini bildirib. Yenidən evlənmək barədə suala sənətçi gözlənilməz cavab verib.
Demokrat.az xəbər verir ki, Emre Altuğ iki övladının anası Çağla Şikel ilə evliliyinin başa çatması barədə Özlem Gürsesin proqramında danışıb. Sənətçi ayrılıq prosesini geridə qoyduqdan sonra keçmiş həyat yoldaşı ilə dost münasibətlərini qoruya bildiklərini bildirib:
"İlk vaxtlar çətin idi. Sonra öz-özümə dedim: "Bunu şəxsi qəbul etmə, Emre. Hamının başına gəlir. Sən tək deyilsən. Bunu bacarmayan yalnız sən deyilsən". Bu düşüncə məni çox rahatlatdı. Hadisələri şəxsi qəbul etməmək ən düzgün motivasiyadır. Boşanma hər kəsin başına gələ bilər. İndi uşaqlar naminə birlikdə vaxt keçirə bilirik. Hər şey çox xoş keçir. Bir şeyi də gördüm ki, uşaqlar bundan çox xoşbəxt olurlar".
Emre Altuğ "İkinci dəfə evlənməyi heç düşünmədinizmi" sualını belə cavablandırıb:
"Heç düşünmədim. İnsan bəzən "Görəsən, bir də cəhd etsək necə olar?" deyə fikirləşir. Amma nə dəyişəcək? Mənim belə bir fikrim var: Bir yolda eyni dayanacaqdan iki dəfə keçirsinizsə, deməli yolu qarışdırmısınız. "Hər son yeni başlanğıcdır" fəlsəfəsi ilə yaşayıb, həyatın qaldığı yerdən davam etməsinə imkan vermək lazımdır".
Jalə Demokrat.az


