Siyasət

Sabahdan Azərbaycanda yeni qadağa qüvvəyə minir

Sabahdan Azərbaycanda yeni qadağa qüvvəyə minir

Azərbaycanda bəzi növ közərmə lampalarının dövriyyəsi tamamilə dayandırılır. Yeni qaydalar iyulun 1-dən etibarən qüvvəyə minir.

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanun bu addımı tələb edir. Qərara əsasən, 25-60 vat gücündə olan lampaların satışı qadağan olunur. Həmçinin bu növ işıqlandırma vasitələrinin ölkəyə gətirilməsi və istehsalı da dayandırılır. Yalnız xüsusi təyinatlı və işıqlandırma məqsədi daşımayan lampalar istisna təşkil edəcək.

Hökumət bu addımlarla enerji səmərəliliyini artırmağı hədəfləyir. Yanvarın 1-dən isə 60 vat və daha yüksək güclü lampalar qadağan edilmişdi.

Beləliklə, ölkədə ənənəvi közərmə lampalarının istifadəsi mərhələli şəkildə tamamilə tarixə qarışır.

Demokrat.az

D
demokrat.az