Şou-biznes Özəl

Kadir İnanırın ölümünə görə Türkan Şorayın halı pisləşdi

Kadir İnanırın ölümünə görə Türkan Şorayın halı pisləşdi

"Yeşilçam"ın unudulmaz aktyorlarından Kadir İnanırın ölüm xəbəri məşhuraktrisaTürkan Şorayı dərindən sarsıdıb.

Demokrat.az xəbər verir ki ,uzun illər eyni layihələrdə rol alan və Türk kinosunun ən yaddaqalan tərəf müqabillərindən hesab edilən Türkan Şoray bu acı xəbəri böyük kədərlə qarşılayıb.

Meneceri Bircan Silanın telefon zəngi ilə Kadir İnanırın vəfat etdiyini öyrənən Türkan Şoray özünü pis hiss edib və keçirdiyi dərin sarsıntı səbəbindən telefon danışığını davam etdirə bilməyib.

Qeyd edək ki,onların son görüşü təxminən üç il əvvəl Adana Altın Koza Film Festivalının 30 illik yubiley tədbirində baş tutmuşdu. Türkan Şoray və Kadir İnanır həmin gecə əl-ələ səhnəyə çıxaraq tamaşaçılara duyğulu anlar yaşatmış, uzun müddət alqışlanmışdılar.

Leyla Demokrat.az

D
demokrat.az