Şou-biznes Özəl

Kadir İnanır vəfat etdi — VİDEO

Kadir İnanır vəfat etdi — VİDEO

Türk kinosunun tanınmış simalarından biri olan Kadir İnanır vəfat edib.

Demokrat.az xəbər verir ki, uzun müddətdir müxtəlif sağlamlıq problemləri səbəbindən müalicə alan aktyor 77 yaşında dünyasını dəyişib. Məlumata görə, o, vəziyyətinin ağırlaşmasından sonra xəstəxanaya yerləşdirilib və həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, Kadir İnanır son olaraq sətəlcəmdən qaynaqlanan tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya aparılmışdı. Səhhətinin ağırlaşması nəticəsində o, vəfat edib.

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu sosial şəbəkə hesabında paylaşım edərək aktyorun ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Kadir İnanır türk kinosunun ən məşhur aktyorlarından biri olub. O, xüsusilə Selvi Boylum Al Yazmalım filmi başda olmaqla onlarla ekran işində rol alaraq geniş tamaşaçı sevgisi qazanıb.

@trthaber

Usta oyuncu Kadir İnanır, tedavi gördüğü hastanede hayatını kaybetti.

♬ TRT Haber - orijinal ses - TRT Haber
Jalə Demokrat.az

D
demokrat.az