Evlilikdə ən uğurlu bürclər məlum olub. Astroloqlar ailə həyatı üçün ən ideal namizədləri açıqlayıblar.
Demokrat.az bildirir ki, siyahıda ilk yerdə Xərçənglər qərarlaşıb. Bu bürcün nümayəndələri üçün ailə hər şeydən öndə gəlir. Fədakar və qoruyucu xüsusiyyətləri ilə tanınan Xərçənglər evdə hüzur mühiti yaradırlar.
Buğalar isə sadiqliyi ilə seçilirlər. Münasibətlərdə etibara böyük önəm verən bu şəxslər uzunmüddətli evliliklər qurmaqda çox uğurludurlar.
Qız bürcü altında doğulanlar sevdiklərinə olan bağlılığı ilə fərqlənirlər. Məsuliyyətli tərəfdaş olan Qızlar tərəf müqabilinin ehtiyaclarını dərhal hiss edirlər.
Oğlaqlar isə münasibətlərə çox ciddi yanaşırlar. Keçici həvəslər yerinə gələcək planları quran bu bürcün nümayəndələri ailədə sabitliyi təmin edirlər.
Beləliklə, bu 4 bürc etibarlılıq, sadiqlik və məsuliyyət hissi ilə ən yaxşı həyat yoldaşı namizədləri hesab olunurlar.
İsmayıl Demokrat.az


