Kriminal Özəl

Arvadını döyən şəxs məhkəmə zalından sərbəst buraxıldı

Arvadını döyən şəxs məhkəmə zalından sərbəst buraxıldı

Cəlilabad rayonunda 31 yaşlı oğlan həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib. 1995-ci il təvəllüdlü Əhliman kənddə yerləşən iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki qonaq otağında arvadı Zülfiyyə ilə mübahisə edib.

Aralarında yaranmış ailə münaqişəsi zəminində mübahisə zamanı arvadına bir neçə dəfə yumruqla zərbə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Əhlimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti olmadığını bildirib.

Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində̇ olan cinayəṫ təqibinə̇ xitam verilib.

Fariz Məlikli

D
demokrat.az