“Səhhətim normaldır, özümü yaxşı hiss edirəm”.
Demokrat.az xəbər verir ki,bunu Pravda.az-a açıqlamasında V çağırış Milli Məclisin deputatı Araz Əlizadə deyib.
A.Əlizadə bildirib ki, mütəmadi həkim müayinəsindən keçir.
Xatırladaq ki, o, ötən ilin dekabrında əməliyyat olunmuşdu. Deputatlığa namizədliyini irəli sürməməsini səhhətindəki problemlərlə əlaqələndirib.
A.Əlizadə 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasının sədri İmran Hüseynəliyevin vəzifəsindən istefa verməsinə də münasibət bildirib: “2015-ci ildə seçkilər demokratik keçib, kimsə nəisə deyə bilməz. Həmin seçkilər zamanı mən də 35 saylı Xətai üçüncü seçki dairəsindən deputat seçilmişəm. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm, İqbal Ağazadə 3 dəfə deputat olub. İndi nə ola bilər ki? İmran Hüseynəliyevlə şəxsi tanışlığım yoxdur, amma bilirəm ki, mədəni insandır. Yəqin, namizədlərin davranışlarına görə istefa verib...”
Qeyd: Həmin seçki dairəsindən əsas namizədlər İqbal Ağazadə və Rauf Arifoğludur.


