Maraqlı

Bu bürclərə sevindirici xəbər: 9 iyula qədər...

Bu bürclərə sevindirici xəbər: 9 iyula qədər...

Astroloqların fikrincə, qarşıdakı həftələrdə bəzi bürclərin nümayəndələri həyatlarında baş verən dəyişiklikləri daha aydın hiss edə bilərlər. Bunun səbəbi münasibətlər, maliyyə, yaradıcılıq və estetik zövqlə əlaqələndirilən Veneranın Şir bürcünə keçməsi ilə izah olunur.

İyunun 13-dən etibarən Venera Şir bürcündə hərəkət edir və iyulun 9-dək burada qalacaq. Mütəxəssislərin sözlərinə görə, bu tranzit xüsusilə beş bürc üçün daha əlverişli enerji yarada bilər.

Ən çox dəstək alacağı bildirilən bürclər bunlardır:

Şir Qoç Oxatan Əkizlər Tərəzi

Eyni zamanda astroloqlar bəzi bürclərə emosional qərarlar verməmək və vacib addımları daha diqqətlə planlaşdırmaq tövsiyə edirlər. Bu qrupda: Dolça Buğa Əqrəb yer alır.

Proqnozlara görə, iyulun 9-na qədər sevgi münasibətləri, yaradıcılıq fəaliyyəti, hobbilər, ictimai çıxışlar və liderlik bacarıqları ilə bağlı mövzularda yeniliklər müşahidə oluna bilər. Bundan başqa, gözəllik sənayesi, incəsənət, ticarət və maliyyə sahələrində çalışanlar üçün də aktiv dövrün başlanacağı qeyd edilir.

Astroloqlar hesab edirlər ki, bu müddət bir çox insanı daha cəsarətli qərarlar verməyə, öz potensialını nümayiş etdirməyə və əvvəllər riskli görünən layihələrə başlamağa həvəsləndirə bilər.

Demokrat.az

D
demokrat.az