Mətbəxin vazkeçilməz ləzzətlərindən olan badımcan qızartması düzgün hazırlanmadıqda həm qaralma, həm də həddindən artıq yağ çəkmə problemi yaradır. Lakin aşpazların istifadə etdiyi sadə bir üsul bu problemi aradan qaldırır.
Demokrat.az xəbər verir ki, badımcan qızartmasında ən vacib mərhələlərdən biri onu tuzlu suda saxlamaqdır. Bu proses badımcanın acısını çıxarır, içindəki suyu azaldır və qızartma zamanı yağ çəkməsinin qarşısını alır.
Duzlu sudan çıxarılan badımcanlar yaxşıca yuyulub qurudulur. Daha sonra una batırılaraq qızartma prosesinə hazırlanır. Bu üsul badımcanın xaricdən xırtıldayan, içdən isə yumşaq olmasını təmin edir.
Bu sadə texnika sayəsində badımcan qızartması nə qaralır, nə də həddindən artıq yağ çəkir. Eyni zamanda daha dadlı və yüngül bir nəticə əldə edilir.
İstəyə uyğun doğranmış badımcanlar tuzlu suda saxlanılır, sonra qurudulur və yumurta, un, duz və qabartma tozu ilə hazırlanan qarışığa batırılaraq isti yağda qızardılır.
Jalə Demokrat.az


