Dünyada və ölkəmizdə ən çox istifadə olunan içkilərdən olan qara çayın insan orqanizminə təsirləri barədəelmi araşdırmanın nəticələri məlum olub.
Demokrat.az xəbər verir ki, mütəxəssislər müntəzəm qara çay qəbulunun bədəndə yaratdığı 8 əsas dəyişikliyi qruplaşdırıblar:
Ürək sağlamlığını qoruyur: Çayın tərkibindəki flavonoidlər və antioksidantlar qan təzyiqini və xolesterolu nizamlayaraq infarkt riskini azaldır. Maddələr mübadiləsini sürətləndirir: Qara çay piylərin yanmasını stimullaşdırır və pəhriz zamanı çəki itkisinə kömək edir. Zehni fokusu və diqqəti artırır: Tərkibindəki kofein və L-teanin aminturşusu beyin fəaliyyətini gücləndirərək gümrahlıq bəxş edir. Mədədə turşuluq yarada bilər: Aç qarnına içilən tünd qara çay həzm sistemini qıcıqlandıraraq qıcqırma və pozuntulara yol açır. Yuxu keyfiyyətini pozur: Axşam saatlarında həddindən artıq kofein qəbulu yuxuya getməyi çətinləşdirir və yuxusuzluğa səbəb olur. Dişləri saraldır: Çayın tərkibindəki tannin maddəsi zamanla diş minasında qəhvəyi ləkələrin yaranmasına səbəb olur. Dəmir sorulmasını azaldır: Yemək zamanı və ya dərhal sonra içilən çay bədənin qidalardan dəmir mənimsəməsinin qarşısını alır. Maye itkisinə (dehidratasiya) səbəb ola bilər: Çay sidikqovucu xassəyə malik olduğu üçün normadan çox içildikdə bədəni susuz qoyur.
Həkimlər qara çayın faydalarından yararlanmaq və yan təsirlərindən qorunmaq üçün onu gündəlik normada (3-4 stəkan) və yeməklərdən ən azı yarım saat sonra istehlak etməyi tövsiyə edirlər.
Jalə Demokrat.az


