Sağlamlıq Özəl

"Maşında saxlanılan su mədə bağırsaq xəstəlikləri yarada bilər"

Maşında saxlanılan su mədə bağırsaq xəstəlikləri yarada bilər

İsti havada avtomobildə saxlanılan plastik butulkadakı su ciddi bakteriya mənbəyinə çevrilə bilər. Texnoloq, elmlər namizədi Nelli Lvoviç bildirib ki, günəş altında qalan qabların daxilində mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yaranır.

Demokrat.az bildirir ki, ekspertin bu barədə fikirləri "Life.ru" saytında dərc olunub.

Mütəxəssis izah edir ki, insan butulkanı açıb bir neçə qurtum su içdikdən sonra onu isti maşında qoyduqda təhlükə başlayır. Bakteriyalar suda heç bir pis qoxu və ya dad fərqi yaratmadan çox sürətlə arta bilir. Belə suyun cəmi bir dəfə qəbul edilməsi belə mədə-bağırsaq pozuntularına və kəskin infeksiyalara yol açır.

Digər tərəfdən, birbaşa günəş şüaları plastik qabı tədricən parçalayır və suya mikroplastik hissəciklərinin sızmasına səbəb olur. Ultrafiolet şüalarının təsirindən plastikdə gözlə görünməyən çatlar yaranır. Mütəxəssis sağlamlığı qorumaq üçün suyu şüşə qablarda saxlamağı və daşımağı tövsiyə edir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova