Sağlamlıq Özəl

Milyonların atdığı məşhur mədə dərmanı ilə bağlı gizli təhlükə kəşf edildi

Milyonların atdığı məşhur mədə dərmanı ilə bağlı gizli təhlükə kəşf edildi

Mədə yanması, turşuluq və həzm problemlərinin müalicəsində geniş istifadə olunan "Omeprazol" preparatının uzunmüddətli qəbulu ilə bağlı mütəxəssislər ciddi xəbərdarlıq ediblər.

Demokrat.az"JAMA Network Open" jurnalına istinadən xəbər verir ki, tibb ekspertləri bu növ dərmanların həkim nəzarəti olmadan və uzun müddət istifadəsinin orqanizmdə ciddi sağlamlıq risklərinə yol açdığını açıqlayıblar. Mədə turşusunun ifrazını azaldaraq simptomları sürətlə aradan qaldıran bu preparat, nəzarətsiz qəbul edildikdə bədənin təbii balansını poza bilir.

Həkimlər bildirirlər ki, bu növ dərmanların xroniki şəkildə istifadəsi bəzi vacib vitamin və mineralların sorulmasını zəiflədir, həmçinin digər yan təsirlərin yaranma ehtimalını kəskin şəkildə artırır. Mütəxəssislər oxşar narahatlıqları olan şəxslərə dərmanı yalnız təyin olunmuş kurs üzrə və tibbi tövsiyələrə tam əməl edərək qəbul etməyi məsləhət görürlər.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova