Şou-biznes Özəl

"Arka Sokaklar" bitdi? — Rza Babadan qısa, konkret cavab

Arka Sokaklar bitdi? — Rza Babadan qısa, konkret cavab

Türkiyənin uzunömürlü televiziya layihələrindən biri olan "Arka Sokaklar" serialının gələcəyi ilə bağlı müzakirələr davam edir. Kanal D-də 20 mövsümdür yayımlanan ekran işi bir neçə gün əvvəl mövsüm finalı ilə tamaşaçıların qarşısına çıxıb.

Demokrat.az xəbər verir ki, serialın 20-ci mövsümünün son mövsüm olacağı barədə məlumat yayılsa da, daha sonra layihənin tamamilə başa çatacağı ilə bağlı qərarın dəyişdiyi bildirilib. Buna baxmayaraq, yeni mövsümün çəkilib-çəkilməyəcəyi barədə rəsmi açıqlama verilməyib.

Mövzu ilə bağlı serialda Rıza Baba obrazını canlandıran tanınmış aktyor Zafer Ergin danışıb. O, layihənin taleyi barədə qəti fikir bildirmək istəmədiyini qeyd edib.

"Serialın davam edib-etməyəcəyi ilə bağlı çox danışa bilmirəm. Bu layihəyə başlayanda mənim üçün əsas məqsəd maarifləndirici bir işdə yer almaq idi. O dövrdə daha çox sevgi mövzulu seriallar çəkilirdi. Mən isə bu layihənin fərqli olduğunu düşündüm və qəbul etdim. İnanıram ki, doğru qərar vermişik və çox yaxşı iş ortaya qoymuşuq", – deyə aktyor bildirib.

Qeyd edək ki, mövsüm finalında komandanın şəhid olması ilə bağlı səhnələr tamaşaçılar arasında müzakirələrə səbəb olmuşdu. Serialın yeni mövsümdə ekranlara qayıdıb-qayıtmayacağı isə hələ də maraq doğuran məsələlərdən biridir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova