Sağlamlıq Özəl

Səhər duran kimi yemək yeməyin — Kardioloq

Səhər duran kimi yemək yeməyin — Kardioloq

Kardioloq Məhəmməd Keskin səhər yeməyinin vaxtı ilə bağlı diqqətçəkən açıqlama verib. Həkim oyandıqdan dərhal sonra qidalanmaq əvəzinə müəyyən müddət gözləməyi və günə yüngül fiziki aktivliklə başlamağı tövsiyə edir.

Demokrat.az bildirir ki, həkimin sözlərinə görə, insan orqanizmi tarix boyu günün ilk qidasını oyandığı anda qəbul etməyə uyğunlaşmayıb.

"Qədim dövrlərdə insanlar səhər yuxudan durduqdan sonra əvvəlcə hərəkət edir, qida axtarır və yalnız bundan sonra yemək yeyirdilər. Bu səbəbdən yuxudan ayıldıqdan sonra təxminən yarım saatdan 1 saata qədər gözləmək, bu müddətdə qısa gəzinti etmək və ya yüngül hərəkətlərlə məşğul olmaq daha düzgün yanaşmadır. Bəzi insanlar üçün səhər yeməyinin saat 10:00–11:00 aralığına saxlanılması orqanizmin təbii ritmi ilə daha yaxşı uyğunlaşır".

Kardioloq vurğulayır ki, yuxudan duran kimi süfrə arxasına əyləşmək gün ərzində daha tez-tez aclıq hissinin yaranmasına səbəb ola bilər. Səhər saatlarında edilən qısa gəzintilər və dartınma hərəkətləri maddələr mübadiləsinin daha balanslı işləməsinə kömək edir. Bununla belə, xroniki xəstəlikləri olan şəxslərin, xüsusilə diabet xəstələrinin qidalanma rejimində dəyişiklik etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmələri vacibdir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova