Kriminal

Nərimanovda qəribə hadisə: paltar dolabına qoyulan gödəkcə “boşaldıldı”

Nərimanovda qəribə hadisə: paltar dolabına qoyulan gödəkcə “boşaldıldı”

Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək gödəkcəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun restoranların birində zərərçəkənin paltar dolabına asdığı gödəkcəsinin cibindən pul vəsaitini taladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Demokrat.az

NE
Nihadə Eyyubova