Günün son qəhvəsini içmək üçün ən doğru vaxt məlum olub. Mütəxəssislər yuxu problemi yaşamaq istəməyənlərə qəhvə saatı ilə bağlı xəbərdarlıq edir.
Demokrat.az xəbər verir ki, araşdırmalara görə, son qəhvə yuxudan ən azı 6-8 saat əvvəl içilməlidir.
Məsələn, gecə saat 23:00-da yatmaq istəyən şəxs son fincanı ən geci saat 15:00-17:00 radələrində bitirməlidir.
Bunun əsas səbəbi kofeinin bədəndən çox gec xaric olunmasıdır. Orqanizmə daxil olan kofeinin yarısı yalnız 5-6 saatdan sonra parçalanır. İnsan özünü gümrah hiss etməsə belə, qanda qalan maddə dərin yuxu fazasına keçməyə mane olur. Bu da yuxunun keyfiyyətini ciddi şəkildə aşağı salır, insan səhər yorğun oyanır.
İsmayıl Demokrat.az


