Yay aylarında diabetin çox vaxt diqqətdən qaçan erkən əlaməti məlum olub.
Demorkat.az bildirir ki, əczaçı Abbas Kənani "Mirror" nəşrinə müsahibəsində bu barədə xəbərdarlıq edib.
"Tez-tez sidiyə çıxmaq istəyi xəstəliyin əsas göstəricilərindən hesab olunur. Qanda şəkərin səviyyəsi yüksəldikdə böyrəklər artıq qlükozanı bədəndən çıxarmaq üçün daha intensiv işləyir. Bu proses bədəndə maye itkisini artırır. Poliuriya adlanan sözügedən hal yay fəslində bədənin həddindən artıq maye qəbul etməsi səbəbindən adi hal kimi qəbul edilə bilər. Bu səbəbdən insanlar çox vaxt təhlükəli simptomu vaxtında hiss etmirlər. Xüsusilə gecə saatlarında sidiyə çıxma ehtiyacının artması diabet xəbərdarlığıdır", - o deyib.
Əczaçı qeyd edib ki, sidiyə tez-tez çıxma halları güclü susuzluq hissi ilə müşayiət oluna bilər:
"Səbəbsiz yorğunluq və çəkinin qəfil dəyişməsi də diabetin ilkin göstəriciləridir. Belə hallarda mütləq həkimə müraciət etmək və qanda şəkərin miqdarını yoxlamaq lazımdır. Xəstəliyin erkən mərhələdə aşkarlanması müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır".
İsmayıl Demokrat.az


