Maraqlı Özəl

Bu bitkilərin qoxusu ağcaqanadları evdən uzaq tutur

Bu bitkilərin qoxusu ağcaqanadları evdən uzaq tutur

Ağcaqanadlardan təbii üsullarla qurtulmaq mümkündür. Araşdırmalar göstərir ki, bəzi ətirli bitkilər ağcaqanadları narahat edən təbii birləşmələr ehtiva edir.

Demokrat.az xəbər verir ki, reyhan, lavanda, limonotu, nanə və rozmarin bu bitkilər arasında göstərilir. Həmin bitkilərin yalnız dibçəkdə saxlanılması çox vaxt kifayət etmir.

Araşdırmalara görə, ağcaqanadqovucu təsirin yaranması üçün bitkilərin yarpaqları əzilməli və ya onlardan əldə olunan efir yağlarından istifadə edilməlidir. Bu zaman qoxunu yaradan maddələr daha çox üzə çıxır.

Məlumata görə, limonotu yağının təsiri digər bəzi bitkilərlə müqayisədə daha uzun müddət davam edə bilər. Rozmarin yağının isə qısa müddət ərzində qoruyucu təsir göstərdiyi bildirilir.

Reyhan güclü qoxusu ilə seçilir. Xüsusilə eyvan və pəncərə kənarlarında geniş istifadə olunur. Yarpaqlar əzildikdə təsirin daha da artdığı qeyd edilir. Həmçinin oxu: Beş dəqiqəyə hazırlanan 'Snickers' içkisi Qayğanağı daha dadlı etmək hiyləsi Dəmlənərkən edilən bu səhv çayın dadını korlayır

Lavanda da ağcaqanadların uzaq durduğu bitkilərdən hesab olunur. Bu bitki həm xoş qoxusu, həm də dekorativ görünüşü ilə seçilir. Onun budaqlarından və ya yağından istifadə etmək mümkündür.

Nanə də kəskin ətri ilə diqqət çəkir. Yarpaqlar əzildikdə qoxu daha intensiv olur.

Bununla yanaşı, alimlər təkcə bitkilərə güvənməyi doğru hesab etmirlər. Ağcaqanadların çoxalmasının qarşısını almaq üçün əlavə tədbirlər də vacib sayılır.

Mütəxəssislər eyvanlarda və həyətlərdə durğun su saxlanılmamasını tövsiyə edirlər. Dibçəklərin alt hissəsində su yığılmasına da imkan verilməməlidir.

Pəncərələrdə torlardan istifadə edilməsi və lazım gəldikdə təsdiqlənmiş ağcaqanadqovucu vasitələrə üstünlük verilməsi məsləhət görülür.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova