Dünya xəritəsində dövlətin adı rəsmi olaraq dəyişdirildi. Sakit okeanda yerləşən ada ölkəsi bundan sonra Naoero Respublikası adlanacaq.
Demokrat.az xəbər verir ki, hökumət ad dəyişikliyi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına və digər beynəlxalq qurumlara rəsmi xəbərdarlıq göndərib. BMT müraciəti iyunun 26-da qəbul etdiyini təsdiqləyib.
Ölkənin qısa adı Naoero olaraq təsdiqlənib. Yerli sakinlər isə dei-Naoero adlandırılacaq.
Hüquqi proses may ayında yekunlaşıb. Parlamentdə keçirilən səsvermədə 16 deputatın hamısı konstitusiya dəyişikliyini dəstəkləyib.
Əvvəlcə məsələnin referenduma çıxarılması planlaşdırılırdı. Lakin prezident Devid Adeanq xalq səsverməsinə ehtiyac qalmadığını bildirib.
Dövlət başçısı adın yerli əhali arasında işləndiyini qeyd edib. Həmçinin bu ad dövlət gerbində və konstitusiyada öz əksini tapıb.
Naoero ifadəsi ölkənin tarixi yerli adıdır. Nauru variantı isə xarici idarəçilik dövründə formalaşıb.
Gəlmələrin adı düzgün tələffüz edə bilməməsi fərqli formanın yayılmasına səbəb olub. Dövlət tarixi adı bərpa etməklə milli kimliyi qorumağı hədəfləyir.
Qərarın arxasında heç bir siyasi məqsəd dayanmır. Əsas niyyət yerli irsə bağlılığı möhkəmləndirməkdir.
Addım həm də yerli dilin qorunmasına xidmət edir. UNESCO dorerin Naoero dilini ciddi təhlükə altında olan dillər siyahısına salıb.
Dilin gələcək nəsillərə ötürülməsi böyük narahatlıq doğurur. Rəsmi ad dəyişikliyi mədəni irsin saxlanılması üçün vacib sayılır.
Qeyd edək ki, təxminən 12 min əhalisi olan ada dünyanın ən kiçik dövlətlərindəndir. Ərazisinə görə yalnız Vatikan və Monako Naoerodan geridə qalır.
Demokrat.az


