Bakının Sabunçu rayonunda 32 yaşlı oğlan atasına xəsarət yetirməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 10-da rayonun Zabrat qəsəbəsi, Ş.Mehdiyev küçəsində baş verib.
Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Zahid həmin gün saat 22 radələrində həmin küçədə yerləşən nömrəsiz fərdi evdə olan zaman atası Zakirlə mübahisə edib.
Bu zaman ata oğluna musiqiyə yüksək səslə qulaq asdığı üçün bildirib. Bundan hiddətlənəm oğul atasının barmağını burub, alın və ağız nahiyəsinə yumruq zərbələri endirib.
Zahidin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Zahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli biləməyib və bildirib ki, həmin gün musiqiyə görə mübahisə baş verib:
"Atam musiqiyə yüksək səs verdiyimə görə məni vurmaq istədi, mənə cırmaq atdı. Mənim boynum-boğazım, hər yerimə cırmaq vurdu. Mən şikayət etmədim. Qardaşım da anam ilə birləşərək məni döydü. Atamın əlindən tutaraq özümdən asılı olmayaraq sıxdım. Başqa heç bir xəsarət yetirməmişəm. Digər xəsarətləri mən yetirməmişəm. Atam özü-özünü döyür. Guya onlara əzab əziyyət verirəm deyə, məni tutdurmaq istəyirlər. İstədiyim bir xanım var, deyirəm onu alsınlar. Amma almırlar. Həmin xanım Rusiyada yaşayır”.
Zərərçəkmiş Zakirin sözlərinə görə, Zahid ona, qardaşına, və anasına əl qaldırır:
“Oğlum məni vurub, dişləyib, başımı divara çırpıb. Onun kefi belə istəyir, ona görə vurur. Tez-tez aramızda mübahisələrimiz olub. Oğluma ev alaraq vermişəm, maşın almışam. Mübahisənin səbəbi Zahidə aldığım ev mənim adıma olmasıdır. Mübahisə yaradıb ki, evi satsın, Rusiyaya getsin. Ona 2 dəfə maşın almışam, dəyər dəyməzinə satıb. Maşın satanda da məni döyüb”.
Zərərçəkmiş deyib ki, xərçəng xəstəsidir, danışığını itirib, halı yoxdur:
“Həmin günü Zahid musiqiyə xod verdi. Dedim ki, səsin alsın, almadı, məni nalayiq sözlərlə söydü, sonra da vurdu”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Zahid 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli Demokrat.az


