Günəş yanıqları zamanı dəriyə xama və ya kefirin sürtülməsi ciddi infeksiya riski yarada bilər.
Demokrat.az xəbər verir ki, həkim kosmetoloq Larisa Lyubina bu məşhur xalq üsulunun gözlənilməz təhlükələrini açıqlayıb.
"Ağartı məhsulları dəridə istiliyin xaric olunmasını maneə törədən yağlı təbəqə yaradır. Bu vəziyyət yanıq sahəsini daha da pisləşdirir. Həmçinin süd turşusu bakteriyaları zədələnmiş nahiyədə infeksiyanın inkişafına səbəb olur.
Dəridə suluqlar yarandıqda onları qətiyyən partlatmaq olmaz. Çünki həmin suluqlar dərinin steril müdafiə qatını təşkil edir. Günəş altında uzun müddət qaldıqdan sonra sərin duş qəbul etmək lazımdır. Dərini nəmləndirmək üçün tərkibində aloe vera və ya pantenol olan kremlərdən istifadə edilməlidir", - o bildirib.
İsmayıl Demokrat.az


