Neyrobioloq Ana Asensio xoşbəxt olmağın gözlənilməz və sadə yolunu açıqlayıb.
Demokrat.az xəbər verir ki, mütəxəssis piyada gəzintinin insan psixologiyasına müsbət təsirlərini diqqətə çatdırıb.
"Doğru şəkildə hərəkət etmək fərdin emosional vəziyyətinə ciddi təsir göstərir. Gəzinti zamanı baş beyində neyronların fəaliyyəti və onlar arasındakı əlaqə yaxşılaşır. Bu fiziki aktivlik növü insan əhvalını sürətlə yüksəldir. Eyni zamanda piyada gəzmək stressi azaldır və sakitlik səviyyəsini artırır".
Neyrobioloq sağlamlıq üçün gəzintinin yuxu qədər böyük əhəmiyyət daşıdığını bildirir.
"Sevgi və qayğı ilə edilən nizamlı hərəkət xoşbəxtliyin əsas şərtlərindən sayılır", - o fikrini yekunlaşdırıb.
İsmayıl Demokrat.az


