Maraqlı Özəl

Göy üzündə güclü birləşmə: Sevgi və şans enerjisi artır

Göy üzündə güclü birləşmə: Sevgi və şans enerjisi artır

Göy üzündə zaman-zaman elə astroloji düzülüşlər yaranır ki, həm fərdi həyatda, həm də ümumi enerjidə daha həssas və emosional bir axın hiss olunur. Məhz belə təsirlərdən biri də Venera-Yupiter qovuşmasıdır.

Demokrat.az xəbər verir ki, sevgi, münasibətlər və dəyərləri təmsil edən Venera ilə genişlənmə, bolluq və şans planetı hesab edilən Yupiter eyni nöqtədə birləşərək emosional sahədə güclənmə və yenilənmə enerjisi yaradır.

Bu qovuşma Xərçəng bürcündə baş verməsi isə təsiri daha da fərqli edir. Xərçəng ailə, ev, köklər, təhlükəsizlik və emosional bağlarla əlaqələndirilir. Bu səbəbdən qarşıdakı günlərdə yalnız romantik münasibətlər deyil, ailə əlaqələri və keçmişdən gələn münasibətlər də ön plana çıxa bilər. İnsanların daha qayğıkeş, həssas və anlayışlı davranması, küskünlüklərin aradan qalxması mümkündür.

Emosional və sosial təsirlər

Astroloji şərhlərə görə, bu dövr insanlarda daha çox empatiya və yaxınlıq hissi yarada bilər. Uzun müddət əlaqəsi kəsilən ailə üzvlərindən xəbər gəlməsi, münasibətlərin bərpası və emosional bağların güclənməsi ehtimal olunur.

Maddi mövzularda aktivlik

Venera-Yupiter qovuşması maddi sahədə də müsbət təsirlər vəd edir. Ev alqı-satqısı, köç, ailə büdcəsinin yenilənməsi və evlə bağlı xərclərlə bağlı qərarlar gündəmə gələ bilər. Lakin emosional təsirlərin güclənməsi səbəbindən impulsiv xərclərə qarşı diqqətli olmaq tövsiyə edilir.

Bürclərə görə təsirlər

Qoç: Ailə və ev mövzuları ön plana çıxır. Yaşayış məkanında dəyişiklik və ailə dəstəyi mümkündür.

Buğa: Ünsiyyət və yaxın çevrə aktivləşir. Xoş xəbərlər, qısa səfərlər və təhsil mövzuları gündəmdə ola bilər.

Əkizlər: Maliyyə məsələlərində inkişaf mümkündür. Gəlir artımı və yeni qazanc imkanları yarana bilər.

Xərçəng: Qovuşum birbaşa sizin bürcünüzdə baş verir. Şəxsi həyatda yenilənmə, münasibətlərdə yeni başlanğıclar və özünəinamın artması gözlənilir.

Şir: Daxili rahatlama və keçmişlə bağlı mövzuların bağlanması mümkündür. Emosional yüngüllük hiss oluna bilər.

Qız: Sosial çevrədə genişlənmə və yeni əlaqələr gündəmə gələ bilər. Gələcək planlar üçün dəstək artır.

Tərəzi: Karyera sahəsində diqqət çəkən inkişaflar ola bilər. Yeni layihələr və iş dəyişiklikləri üçün uyğun dövrdür.

Əqrəb: Təhsil, xaric və hüquqi məsələlərdə müsbət irəliləyişlər mümkündür. Dünya görüşü dəyişə bilər.

Oxatan: Ortaq maliyyə məsələləri, kredit və investisiyalarla bağlı müsbət inkişaflar ola bilər.

Oğlaq: Münasibətlər və tərəfdaşlıqlar ön plana çıxır. Yeni əlaqələr və əməkdaşlıqlar formalaşa bilər.

Dolça: Gündəlik həyat, iş və sağlamlıq sahəsində müsbət dəyişikliklər mümkündür.

Balıq: Sevgi həyatı və yaradıcılıq sahəsi güclənir. Romantik münasibətlərdə artım və yeni başlanğıclar ola bilər.

Astroloji şərhlərə görə, bu dövrün əsas mövzusu emosional dərinlik və mənəvi bağlılıqdır. Venera və Yupiterin qovuşması insanlara yalnız uğur deyil, həm də daxili rahatlıq və aidiyyət hissi gətirə bilər. Bu enerji, paylaşım və yaxınlıq dəyərlərini ön plana çıxarır.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova