Tanınmış şoumen Mehmet Ali Erbilin yeni sevgilisi olduğu iddia edilən 21 yaşlı Eylem Çelik səssizliyini pozub. Gənc qadın haqqında yayılan sevgi iddialarına dərhal cavab verib.
Demokrat.az xəbər verir ki, mətbuatda Mehmet Ali Erbilin Eylem Çeliklə yeni münasibətə başladığı iddia olunurdu. İddialara görə tərəflər TikTok platformasında tanış olublar. Bu xəbər qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı danışan Eylem Çelik xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. O, bu şayiələrdən ciddi şəkildə narahat olduğunu vurğulayıb. Gənc qadın şoumenlə heç bir əlaqəsinin olmadığını qeyd edib.
"Yayılan məlumatlar məni çox məyus edir. Bu vəziyyət mənim iradəmdən kənar yaranıb. Mehmet Ali Erbil ilə heç bir ünsiyyətim yoxdur. Bu xəbərin necə ortaya çıxdığını anlaya bilmirəm. Yazılanlar tamamilə yalandır və əsassızdır".
Eylem Çelik bu iddiaların onun şəxsi həyatına zərər vurduğunu diqqətə çatdırıb. O, sosial şəbəkə hesabı vasitəsilə də insanlara həqiqəti çatdırmağa çalışır.
"Mən bu barədə artıq paylaşım etmişəm. Ümid edirəm ki, insanlar real vəziyyəti görəcəklər. Çünki bu heç də xoş hal deyil".
Gənc qadın yalan xəbərlərin yayılması dayandırılmasa hüquqi müstəvidə addımlar atacağını bəyan edib. O, bu mövzu ilə bağlı mövqeyini kəskin şəkildə ifadə edib.
"Əgər bu cür şayiələr davam edərsə rəsmi şikayət edəcəyəm. Bunun hamı tərəfindən bilinməsini istəyirəm". 


Eylem Çelik sosial şəbəkədə yaydığı yazılı bəyanatda şəxsi hüquqlarının pozulduğunu da qeyd edib. O, medianın bu addımını pisləyib.
"Son günlər bəzi maqazin saytlarında adım Mehmet Ali Erbil ilə hallanır. Məni onun sevgilisi kimi təqdim edirlər. Bu iddiaların heç bir əsası yoxdur. İcazəm olmadan yazılan xəbərlər şəxsi həyatımın toxunulmazlığını pozur. Bu məzmunlar ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır".
Gənc qadın sonda mətbuat nümayəndələrinə və izləyicilərinə çağırış edib. O, yalan məlumatlara inanmamağı xahiş edib.
"Bu xəbərlər məni narahat edir. Xahiş edirəm ki, əsassız iddialara etibar etməyəsiniz. Haqqımda yazılanların yalan olduğunu rəsmən diqqətinizə çatdırıram".
İsmayıl Demokrat.az


