Maraqlı Özəl

Hər gün bal qəbul yedikdə orqanizmdə nə baş verir? — Diyetoloqların cavabı

Hər gün bal qəbul yedikdə orqanizmdə nə baş verir? — Diyetoloqların cavabı

Təbii şirinləşdiricilər arasında bal ən populyar seçimlərdən biridir. O, təkcə dadlı deyil, həm də mağazalarda asanlıqla tapılır.

Demokrat.az xəbər verir ki, bu barədə “Real Simple” yazır.

Nəşr qeyd edir ki, bal çay, yulaf sıyığı, yoqurt və salat sousları da daxil olmaqla bir çox qida ilə yaxşı uyğunlaşır.

Bu xüsusiyyətlərə görə balı hər gün istifadə etmək istəyi yarana bilər. Bəs bunu etmək doğrudurmu?

Əgər siz tez-tez bal qəbul edirsinizsə, xüsusilə də düzgün qidalanmaya diqqət edirsinizsə, bəzi məqamları nəzərə almaq lazımdır.

Diyetoloqlar balın gündəlik istifadəsinin əsas təsirləri və onun ən sağlam qəbul üsulları barədə məlumat veriblər.

"Bal əsasən təbii şəkərlərdən – fruktoza və qlükozadan ibarətdir. Bunlar orqanizmə sürətli və asan həzm olunan enerji verir. O, həmçinin B qrupu vitaminlərinin kiçik miqdarını ehtiva edir ki, bu da qidanın enerjiyə çevrilməsinə, dərinin, sinir sisteminin və həzmin sağlamlığının dəstəklənməsinə kömək edir",. deyə diyetoloq Loren Manaker izah edib.

Bundan əlavə, Manakerin sözlərinə görə, bu təbii şirinləşdirici kalium, kalsium və maqnezium kimi mikroelementlər də ehtiva edir.

"Kalium arterial təzyiqin tənzimlənməsinə kömək edir, kalsium sümüklərin sağlamlığını dəstəkləyir, maqnezium isə əzələ və sinir sisteminin fəaliyyətinə yardım edir", deyə o əlavə edib.

Manaker həmçinin bildirib ki, balın tərkibində amin turşuları və qlükozaoksidaza kimi fermentlər var ki, bu da onun antimikrob xüsusiyyətlərini gücləndirir və şəkərlərin parçalanmasına kömək edir.

Hər gün bal qəbul edildikdə nə baş verir?

Nəşrin yazdığına görə, bal adətən az miqdarda istifadə olunsa da, onun rasiona daxil edilməsi orqanizm üçün müəyyən faydalar verə bilər.

İlk növbədə, balın tərkibində olan qida maddələri oksidativ stress və iltihabla mübarizəyə kömək edir – bu isə xroniki xəstəliklərin əsas faktorlarındandır.

“Bal flavonoidlər və kversetin, kemferol, xrizin və apigenin kimi polifenollar ehtiva edir. Bu birləşmələr antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir”, deyə diyetoloq Karlin Remedios bildirib.

Onun sözlərinə görə, bu maddələr orqanizmdə iltihab yaradan kimyəvi maddələrin və sərbəst radikalların yaratdığı oksidativ stressin azalmasına kömək edə bilər.

Remedios qeyd edib ki, bal az miqdarda qəbul edildiyi üçün əsas antiiltihab mənbəyi sayılmır və bu baxımdan meyvə və tərəvəzlər daha önəmlidir.

Eyni zamanda, balın əsas üstünlüklərindən biri onun daha yüksək emal olunmuş şirinləşdiriciləri əvəz etməsidir.

Məqalədə qeyd olunur ki, balın həzm sisteminə də müsbət təsirləri ola bilər.

“Balın tərkibində oliqosaxaridlər kimi prebiotiklər var ki, bu da bağırsaqdakı faydalı bakteriyaları qidalandırır və mikrobiomun sağlamlığını dəstəkləyir. O həmçinin şəkərlərin parçalanmasına kömək edən fermentlər ehtiva edir”, deyə Manaker bildirib.

O, həmçinin yoqurtla balın birlikdə qəbul edildiyi araşdırmaya istinad edib. Nəticələr göstərib ki, bal yoqurtun tərkibindəki probiotiklərin daha yaxşı yaşamasına kömək edə bilər.

“Balın bir çox faydası olsa da, hər gün və həddindən artıq qəbul edildikdə bəzi mənfi təsirlər yarana bilər”, deyə Manaker xəbərdarlıq edib.

Xüsusilə, o qeyd edib ki, həddindən artıq bal qəbulu aşağıdakı nəticələrə səbəb ola bilər:

“Bal yüksək kalorili və şəkər tərkibli məhsuldur. Həddindən artıq istifadə çəki artımına, qanda şəkərin sıçrayışlarına və 2-ci tip diabet riskinin artmasına səbəb ola bilər”.

Bundan əlavə, diabet və ya prediabeti olan şəxslərə porsiyaya xüsusi diqqət yetirmək tövsiyə olunur:

“Balı tək halda qəbul etməkdənsə, onu balanslı qidalarla birlikdə istifadə edin”.

Mütəxəssislərə görə, bal faydalı olsa da, porsiya nəzarəti vacibdir, çünki onu asanlıqla həddindən artıq qəbul etmək mümkündür.

Remediosun sözlərinə görə, uzunmüddətli sağlamlıq üçün ümumi qidalanma vərdişləri – tərəvəz, meyvə, paxlalılar, tam taxıllar, sağlam yağlar və zülal – hər hansı bir tək məhsuldan daha önəmlidir. Bununla belə, bal düzgün miqdarda istifadə olunduqda sağlam rasionun bir hissəsi ola bilər:

“Əksər insanlar üçün gündəlik məqbul porsiya təxminən bir-iki çay qaşığıdır”.

Eyni zamanda, xroniki xəstəlikləri olan şəxslərə həkimlə məsləhətləşmək tövsiyə olunur. Balı daha balanslı qəbul etmək üçün dietoloqlar onu zülal, lif və sağlam yağlarla birlikdə istifadə etməyi məsləhət görürlər. Məsələn, qoz-fındıq və bal ilə yoqurt, toxumlarla yulaf sıyığı, fıstıq yağı ilə tam taxıllı tost və bal, yaxud balanslı qəlyanaltı ilə çay.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova