Londonda keçirilən “King’s Trust” təşkilatının 50 illik yubiley tədbirindən sonra amerikalı aktyor Corc Kluni və həyat yoldaşı, Livan əsilli ingiltərəli vəkil Amal Kluni haqqında yeni iddialar yayılıb.
Demokrat.az xəbər verir ki, cütlüyün üçüncü uşaq gözlədiyi barədə şayiələr sosial mediada və bəzi əyləncə nəşrlərində geniş müzakirə olunur.
Tədbir zamanı Amal Kluninin seçdiyi dar “Alexander McQueen” libası onun qarın nahiyəsinin əvvəlki görüntülərlə müqayisədə daha dolğun göründüyü barədə iddialara səbəb olub. Bəzi mənbələr isə onun “hamiləlik əlamətlərinə xas görünüşə” malik olduğunu irəli sürüb. Lakin bu iddialar rəsmi şəkildə təsdiqlənməyib.
Cütlük barədə son dövrlərdə münasibətlərində gərginlik olduğu, xüsusilə yaşayış yeri və ailə planlaması ilə bağlı fikir ayrılıqları yaşadıqları barədə də müxtəlif iddialar gündəmdədir. Həmçinin Corc Kluninin iş qrafiki və şəxsi vərdişləri ilə bağlı yayılan xəbərlərin də münasibətə təsir etdiyi iddia olunur.
Amal Kluni son günlər Corc Kluninin "Broadway" layihəsinin açılış gecəsində iştirak etməməsi də ayrılıq şayiələrini gücləndirən məqamlar arasında göstərilir. 2014-cü ildə evlənən Corc və Amal Kluninin əkiz övladları var. Cütlük uzun illərdir ictimaiyyətin diqqət mərkəzində qalır və şəxsi həyatları ilə bağlı yayılan iddialar tez-tez gündəmə gəlir.
Onların ayrılığı ilə bağlı iddialar "600 milyon dollarlıq boşanma" davası kimi təqdim olunurdu. İndi isə "600 milyon dollarlıq boşanma əvəzinə üçüncü uşaq planı" olaraq təqdim edilib.
Jalə Demokrat.az


