Lombarda qoyduqları qızıl-zinət əşyaları geri qaytarılmır... Aldadıldığını iddia edən vətəndaşların sayı isə onlarladır...
Demokrat.azXezerxeber.az-a istinadən xəbər verir ki, şikayətçilər deyirlər ki, paytaxtın Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən "HQ" adlı lombarda olan borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilməyiblər.
Zərərçəkənlər iddia edirlər ki, sahibkar Xəyal Abdullayevə dəfələrlə müraciət etsələr də, nə müraciətlərinə məhəl qoyulub, nə də şikayətlərinə.
Zərərçəkənlər yaranmış vəziyyətlə bağlı polisə də şikayət ediblər. Vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını mənimsəməkdə təqsirləndirilən Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərli haqqında cinayətişi başladılıb. Xəyal Abdullayevə 561 min manat dəyərində mülki iddia irəli sürülüb.
Ətraflı videoda:


