Şou-biznes Özəl

"Atamla münasibətiniz olduğunu öyrənəndə 8 yaşım var idi"

Atamla münasibətiniz olduğunu öyrənəndə 8 yaşım var idi

Mərhum türkiyəli müğənni və bəstəkar Kayahanın qızı Beste Açar atasının arxivdə qalan mahnısını səsləndirməyə hazırlaşan Nilüfəri sərt tənqid edib.

Demokrat.az-ın məlumatına görə Kayahanın 2015-ci ildə vəfatından sonra üzə çıxan “Sabaha Kadar” mahnısının iyunun 5-də Nilüfərin ifasında təqdim olunacağı açıqlanıb. Bundan sonra Beste Açar sosial şəbəkədə paylaşım edərək layihədən xəbərsiz olduğunu və atasının müəllif hüquqları ilə bağlı qərarlarda onun fikrinin nəzərə alınmadığını bildirib.

Açar həmçinin Nilüfərlə bağlı diqqətçəkən iddia səsləndirib. O, uşaqlıq illərində Nilüfərlə atası arasında sevgi münasibəti olduğunu öyrəndiyini deyərək bunları yazıb:

“Atamla münasibətiniz olduğunu öyrənəndə 8 yaşım var idi. Bu, bizim üçün böyük sarsıntı olmuşdu. Yalova Termal Otelindəki konsert gününü yəqin ki, xatırlayırsınız. Anamla mən həmin günü heç vaxt unutmadıq”.

Beste Açar atasının işıq üzü görməmiş əsərləri və müəllif hüquqları ilə bağlı hüquqi addımlar atacağını da açıqlayıb.

Nilüfər isə daha əvvəl bildirib ki, Kayahanın bəstəsini illər sonra yenidən səsləndirəcəyi üçün çox həyəcanlıdır və bu layihə onun üçün xüsusi əhəmiyyət daşıyır.

Beləliklə, Beste Açar atasının mahnısının onun razılığı olmadan istifadəsinə etiraz edib və Nilüfərin vaxtilə Kayahanla sevgi münasibəti yaşadığını iddia edib. Hazırda Nilüfər bu ittihamlara münasibət bildirməyib.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova