Cəmiyyət

Zara İbrahimzadə TƏBİB-də yüksək vəzifəyə təyin olundu

Zara İbrahimzadə TƏBİB-də yüksək vəzifəyə təyin olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub.

Demokrat.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumatına görə, Zara İbrahimzadə qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi təyin edilib. O, bu təyinata qədər ABB-də Marketinq departamentinin direktoru, “PAŞA Bank” ASC-də Baş İcraçı Direktorun müşaviri vəzifələrində çalışıb.

Xatırladaq ki, bu vaxta qədər TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi müvəqqəti olaraq Elnur Hidayətoğluna həvalə edilmişdi.

Demokrat.az

NE
Nihadə Eyyubova