Ürək-damar sağlamlığını qorumağın ən vacib yolu qidalanma vərdişlərinə diqqət etməkdir. Amerikalı məşhur kardioloq Məhəmməd Alo qan damarlarını tıxayan və xolesterolu yüksəldən 7 qidanın adını açıqlayıb.
Demokrat.az xəbər verir ki, mütəxəssis xüsusilə doymuş yağlarla zəngin məhsulların infarkt və insult riskini artırdığını bildirib.
Həkimin siyahısında ilk yerdə kərə yağı dayanır. O, bu yağı "tamamilə doymuş yağ mənbəyi" adlandıraraq, damar divarlarında lövhələrin yaranmasına səbəb olduğunu vurğulayıb. Siyahıda həmçinin pendir, bekon (donuz piyi), heyvan mənşəli digər piylər, kokos yağı, qırmızı ətin yağlı hissələri və toyuq dərisi yer alır.
Mütəxəssislər bildirirlər ki, kolbas, sosiska, müxtəlif xəmir xörəkləri, tortlar və dondurma kimi məhsulların tərkibindəki yüksək doymuş yağlar orqanizm üçün ciddi təhlükə yaradır. LDL, yəni "pis xolesterol"un səviyyəsini aşağı salmaq üçün bu qidaları sağlam alternativlərlə əvəz etmək lazımdır.
Ürək sağlamlığı üçün qızılbalıq və skumbriya kimi yağlı balıqlar, zeytun yağı, qoz-fındıq, tərəvəz və tam taxıllı məhsulların istehlakı tövsiyə olunur. Eyni zamanda, həftədə ən az 150 dəqiqə fiziki aktivlik, siqaretdən uzaq durmaq və spirtli içkiləri məhdudlaşdırmaq xəstəlik riskini minimuma endirir.
İsmayıl Demokrat.az


