"Uzak Şehir" serialında Şahin Albora obrazını canlandıran Alper Çankaya ilə Pakize rolundakı Yaren Güldikenin birlikdə olduğu iddiası magazin gündəmində geniş əks-səda doğurub. Bildirilir ki, setdə başlayan yaxınlıq zamanla sevgiyə çevrilib və cütlük bir müddətdir münasibətdədir.
Demokrat.az xəbər verir ki, ikiliyin istirahət zamanı birlikdə çəkilmiş fotolarının ortaya çıxması bu iddiaları daha da gücləndirib. Lakin indiyə qədər nə Alper Çankaya, nə də Yaren Güldiken bu barədə rəsmi açıqlama verib.
Digər tərəfdən, xəbərlərə görə Alper Çankaya sezon finalından sonra "Uzak Şehir" serialından ayrılacaq. Onun yeni layihəsinin isə Netflix üçün hazırlanan Eve Giden Yol olduğu bildirilir və çəkilişlərin yaxın zamanda başlayacağı qeyd olunur.


Leyla Demokrat.az


