Psixoloqlar hər bir insanın asanlıqla tətbiq edə biləcəyi 6 sadə xoşbəxtlik formulunu açıqlayıblar.
Demokrat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, xoşbəxtlik xarici amillərdən deyil, insanın daxili hazırlığından və qərarlarından asılıdır.
Xoşbəxtliyə aparan 6 əsas addım aşağıdakılardır:
1. Xoşbəxtliyinizin sərhədlərini müəyyən edin
Xoşbəxtlik bir hədəfdir. Sizin üçün xoşbəxtliyin hansı əlamətlərdən ibarət olduğunu dəqiq bilin. Hədəf nə qədər aydın olsa, ona çatmaq bir o qədər asanlaşar.
2. Sizi xoşbəxt edəcək işlərin siyahısını hazırlayın
Həyatınızı rəngləndirən amilləri qeyd edin. Bu, dostlarla görüş, yeni kitab və ya alış-veriş ola bilər. Bu siyahını vaxtaşırı yoxlayın və reallaşdırın.
3. Bu günlə yaşayın
Dünəndə və ya sabahda xoşbəxt olmaq qeyri-mümkündür, yalnız bu günü yaşamaq lazımdır. Bütün enerjinizi və diqqətinizi indiki zamana yönəldin. Xoşbəxtliyi gələcəyə təxirə salmayın.
4. Öz bacarıqlarınıza güvənin
Arzularınız reallıqla və bacarıqlarınızla üst-üstə düşməlidir. Unutmayın ki, hər kəs öz xoşbəxtliyinin memarıdır. Siyahınızda yalnız özünüzün edə biləcəyi işlər yer almalıdır.
5. Özünüzü olduğunuz kimi qəbul edin
Xoşbəxtlik daxili barışıqdan başlayır. Müsbət tərəflərinizi rəhbər tutun, mənfi cəhətlərinizi isə üstünlüyə çevirməyi bacarın.
6. Aktiv olun və məşğuliyyəttapın
İnsan fəaliyyətsiz qaldıqca mənfi fikirlərə daha çox qapılır. Fərqli işlərlə məşğul olmaq həyatı daha maraqlı edir və depressiya riskini azaldır.
Psixoloqlar vurğulayırlar ki, xoşbəxt insanın həyatında da uğursuzluqlar ola bilər. Lakin o, bu çətinlikləri maneə deyil, daha yüksəyə tullanmaq üçün bir tramplin kimi qəbul edir.
Jalə Demokrat.az


