Dünya

"Heç bir səhv ola bilməz" — Tramp

Heç bir səhv ola bilməz — Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Tehranla razılaşma imzalanana qədər İranın dəniz blokadasını saxlamaq niyyətindədir.

Amerika lideri bunu "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Blokada razılaşma əldə edilənə, təsdiqlənənə və imzalanana qədər tam qüvvədə qalacaq", - Tramp qeyd edib.

O vurğulayıb ki, hər iki tərəf vaxt ayırmalı və hər şeyi düzgün etməlidir.

"Heç bir səhv ola bilməz!" - ABŞ Prezidenti vurğulayıb.

Demokrat.az

NE
Nihadə Eyyubova