Hadisə

Təbrizdəki konsulumuz qəzada həlak oldu

Təbrizdəki konsulumuz qəzada həlak oldu

Azərbaycanın Təbriz şəhərindəki konsulu avtomobil qəzası nəticəsində ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat verilib.

"Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı", - məlumatda deyilir.

Demokrat.az

NE
Nihadə Eyyubova