Hadisə

SON DƏQİQƏ! Bakıda ağır qəza, maşın körpüdən aşdı

SON DƏQİQƏ! Bakıda ağır qəza, maşın körpüdən aşdı

Bu gün səhər saatlarında Bakıda ağır yol qəzası baş verib.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, qəza Sabunçu rayonu ərazisində, Maştağa körpüsünün üstündə qeydə alınıb.

İki minik maşını toqquşub, avtomobillərdən biri körpüdən aşıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndənbildirilib ki, qəza nəticəsində 7 nəfər xəsarət alıblar.

Yaralılardan 5 kişi, ikisi qadındır.

Qəza nəticəsində xəsarət alanlar təcili yardım həkimləri vasitəsilə 3 saylı Sabunçu xəstəxanasına aparılıblar.

D
demokrat.az