Maraqlı Özəl

Ən kinli 3 bürc

Ən kinli 3 bürc

Bəzi insanlar üçün zaman hər şeyin dərmanıdır və incikliklər keçmişdə qalır. Lakin bəzi bürclərin nümayəndələri üçün zaman sadəcə intiqamın soyumasını gözləyən bir xronometrdən ibarətdir.

Demokrat.az xəbər verir ki, özlərinə edilən haqsızlığı, deyilən incidici sözü və ya yaşadıqları xəyanəti onilliklər keçsə belə ilk günkü kimi xatırlayan 3 bürcü təqdim edirik.

Əqrəb bürcü

Siyahının mübahisəsiz lideri Əqrəb bürcüdür. Əqrəblər üçün sədaqət və etibar hər şey deməkdir. Bu güvən bir dəfə sarsılıbsa, artıq geri dönüşü olmayan yol başlanmış sayılır.

Əqrəb bürcü ona edilən səhvi heç vaxt unutmur və məsələni ört-basdır etmir. Hətta 20 il keçsə belə, hadisənin baş verdiyi günü, saatı, hətta qarşısındakı insanın hansı rəngdə geyindiyini belə xatırlada bilər. Onların yaddaşı sanki intiqam arxividir və zamanı gələndə həmin “dosyanı” açmaqdan çəkinmirlər.

Oğlaq bürcü

Oğlaqlar üçün dünya hörmət və iyerarxiya üzərində qurulub. Oğlaq bürcünə edilən haqsızlıq onun qüruruna və zəhmətinə qarşı hücum kimi qəbul olunur.

Onlar emosional qalmaqal yaratmır, qışqırıb çağırmırlar, amma həmin insanı həyatlarından tamamilə silirlər. İllər keçsə və qarşı tərəf hadisəni unutsa belə, Oğlaq bürcü ilk peşəkar və ya sosial qarşılaşmada soyuq və məsafəli davranışı ilə bunu hiss etdirəcək. Onların “qara siyahısı”na düşən bir insanın adı oradan asanlıqla silinmir.

Buğa bürcü

Buğalar səbirli olur, tez əsəbiləşmirlər və sərhədləri genişdir. Lakin həmin sərhəd bir dəfə keçilərsə, geri dönüş çox çətin olur.

Əgər bir Buğa bürcünün etibarından sui-istifadə etmisinizsə, illər keçsə belə, sizə baxışı əvvəlki kimi olmayacaq. Sizi bağışlamış kimi görünsə də, daxilindəki incikliyi saxlayır və ilk mübahisədə “Sən 20 il əvvəl də belə etmişdin” deyərək köhnə dəftərləri yenidən açır. Onların inadkarlığı güclü yaddaşlarının ən böyük qoruyucusudur.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova