Sosial

Bakıda məscidə girməyə görə pul tələb olunur? — VİDEO

Bakıda məscidə girməyə görə pul tələb olunur? — VİDEO

"İmam Hüseyn" məscidinə daxil olmaq istəyən şəxslərdən pul tələb olunub.

Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki,yayılan görüntülərdə məscidə giriş zamanı bir şəxsin ziyarətçilərdən ödəniş istədiyi əks olunub.

Məlumata görə, məscidə gələnlərdən 1 manat ödəniş etməkləri tələb olunur.

Görüntləri çəkən şəxslər bildirib ki, onlar məscidin yaxınlığında idmanla məşğul olublar və daha sonra məsciddən əl-züləri yumaq üçün istifadə etmək istəyiblər, bu zaman isə onlardan pul tələb olunub.

Həmin görüntüləri təqdim edirik:

Demokrat.az

NE
Nihadə Eyyubova