Şou-biznes

Ceki Çan Azərbaycana gəlir?

Ceki Çan Azərbaycana gəlir?

Dünyaca məşhur aktyorCeki Çan Azərbaycana gələ bilər.

Bu barədə "Variety" nəşri məlumat yayıb. Bildirilib ki, aktyorun iştirakı ilə"Tanrının yaraqları 4: Ultimatum" filmininçəkilişlərinin bir hissəsi Azərbaycanda baş tutacaq.

Ekran işinin rejissoru Robert Kun, prodüserləri isə Esmond Ren və İqor Tsaydır. Çəkilişləriyulda başlayacaq və 2027-ci ilin ikinci rübündə filmin premyerasının təşkil olunması planlaşdırılır.

Filmin çəkilişləri Azərbaycanda və Qazaxıstanda aparılacaq.

Qeyd edək ki, bu film seriyası 1986-cı ildə "Tanrının yaraqları"filmi ilə başlayıb. Həmin filmdə Ceki Çan həm baş rolda oynayıb, həm də rejissorluq edib. Daha sonra 1991-ci ildə "Tanrının yaraqları 2: Kondor əməliyyatı"filmi ekranlara çıxıb.

Üçüncü hissə isə 2012-ci ildə "Çin bürcləri" adı ilə nümayiş olunub. Burada da Ceki Çan həm rejissor, həm də aktyor kimi iştirak edib. (axşam.az)

Ceki Çan Azərbaycana gəlir?

Demokrat.az

NE
Nihadə Eyyubova