Maraqlı Özəl

İtlər həqiqətən sahiblərinin ömrünü uzadırmı? — Elmi cavab

İtlər həqiqətən sahiblərinin ömrünü uzadırmı? — Elmi cavab

İtin evdə olması istənilən səbəbdən ölüm riskini 24% azalda bilər.

Demokrat.az xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

Məqalədə qeyd olunur ki, tüklü dostların faydası xüsusilə ürək-damar problemləri olan insanlar üçün daha qabarıq görünür. 2019-cu ildə “AHA Journals” tərəfindən aparılan araşdırma it sahiblərinin ürək-damar xəstəliklərindən ölüm riskinin daha aşağı olduğunu göstərib.

Stiven Petrou həyatında dörd it böyütdüyünü deyərək bildirir ki, bu heyvanlar təkcə sadiq yoldaş deyil, həm də gündəlik aktivlik üçün əsas motivasiyadır. Onun sözlərinə görə, kokerspaniel cinsindən olan iti Binks ilə gəzintilər gündəlik 10 min addım normasını asanlıqla yerinə yetirməyə kömək edir.

O həmçinin qeyd edir ki, it ona boşanma sonrası çətin dövrdən çıxmağa kömək edib, gündəlik həyatına struktur verib və hətta depressiv vəziyyətdə belə hər səhər oyanmaq üçün səbəb yaradıb.

Harvard Tibb Məktəbinin dosenti Bet Freyts təsdiqləyir ki, bu cür gündəlik rutinlər qan təzyiqini və xolesterin səviyyəsini azaldır.

Eyni zamanda professor Adrian Bauman vurğulayır ki, qoruyucu effekt yalnız evdə itin olması ilə deyil, mütəmadi və aktiv gəzintilərlə bağlıdır.

Fiziki sağlamlıqdan əlavə, itlər sosial tənhalığı da azaldır. Petrou qeyd edir ki, itini gəzdirərkən digər ev heyvanı sahibləri ilə yeni dostluqlar qurub.

Sorğulara görə isə yaşlı it sahiblərinin 80%-i üçün ev heyvanı həyatın əsas məqsəd və sevinc mənbəyinə çevrilir, stressi azaltmağa kömək edir.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova