Azərbaycanlı bloqer Əfruzə Əliyeva son paylaşımı ilə izləyicilərini təəccübləndirməyi bacarıb.
Demokrat.az xəbər verir ki, sosial media fenomeni Türkiyənin məşhur ifaçısı Sefo ilə bir araya gəlib. Bloqer sənətçinin yeni klip layihəsində rol alacağını bildirərək bu yeniliyi şəxsi hesabında elan edib.
Əfruzə Əliyevanın sənətçi ilə birlikdə paylaşdığı görüntülər qısa müddətdə böyük marağa səbəb olub. Kadrlarda tərəflərin səmimi ünsiyyəti və çəkiliş prosesinə hazırlıq məqamları əks olunub. Bu əməkdaşlıq xəbəri sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə edilib və bloqerin ünvanına çoxsaylı təbrik şərhləri yazılıb. (milli.az)
Demokrat.az




