Bakının Yasamal rayonunda ustalar arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində mənzillərin birində təmir işləri aparılan zaman baş verib.
Xaçmaz rayon sakini, 1983-cü il təvəllüdlü Daşqın dostluq münasibətində olduğu Nicat ilə mənzildə birlikdə təmir işləri ilə məşğul olan zaman mübahisə edib.
Nicatın işləməsi nəticəsində işin böyük hissəsinin Daşqının üzərinə düşməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qeyd olunan binanın birinci mərtəbəsində blokda əlbəyaxa olublar.
Bu zaman Daşqın Nicatın sifət nahiyyəsindən qəsdən şillə zərbəsi ilə vuraraq, ona ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirib.
Yasamal Rayon Məhkəməsində hökm çıxarılan zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışıq əldə etməsi nəzərə alınıb. Bu səbəbdən də onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


