Uzun müddətdir münasibətdə olan türk aktrisa Derya Şensöy və aktyor Yağız Can Konyalı ailə arasında keçirilən mərasimlə nişanlanıb.
Demokrat.az xəbər verir ki, cütlük xoşbəxt anlarını sosial şəbəkə hesablarında paylaşıb və paylaşım qısa müddətdə böyük maraq doğurub.
Mərasim sadə formada, ailə üzvlərinin iştirakı ilə təşkil olunub və nişan üzükləri taxılıb.
Derya Şensöy, mərhum teatr ustası Fərhan Şensöy və aktrisa Dərya Baykalın qızıdır. Cütlük daha əvvəl münasibətlərini ictimaiyyətə açıqlamışdı və tez-tez birlikdə çəkilən fotolarını paylaşırdı.
Dekabr ayında Yağız Can Konyalı Derya Şensöya evlilik təklifi etmişdi. Aktrisa münasibətləri barədə danışaraq onların bir-birini yaxşı tanıdığını və evlilik üçün çox gözləməyin mənasız olduğunu bildirmişdi.
O, həmçinin hazırda teatr tamaşası və turne planları olduğunu, toyun isə mövsüm bitdikdən sonra planlaşdırıldığını qeyd etmişdi.
Cütlük nişan mərasimindən sonra “Bu məhəbbətdir” qeydi ilə paylaşım edərək sevinc anlarını izləyiciləri ilə bölüşüb.
Paylaşılan nişan fotoları qısa müddətdə sosial şəbəkələrdə gündəm olub və çoxsaylı təbrik şərhləri alıb. Onları Ayşecan Tatari, Ceyda Düvenci, Esra Dermancıoğlu, Ümit Erdim və Ata Demirer kimi tanınmış şəxslər də təbrik edib.


Jalə Demokrat.az


