Azərbaycan Ordusunun əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib.
Demokrat.az Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib.
Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir.
Qeyd edək ki, o, 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. Əsgər Hüseyn Əsədov bu gün Binə qəbiristanlığında torpağa tapşırılıb.
***
Demokrat.az xəbər verir ki, Qafqazinfonun əldə etdiyi məlumata görə, H. Əsədov Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edib.
Demokrat.az


