Paytaxtın Xətai rayonunda gənc motosikletçinin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə mayın 10-u səhər saat 06:05 radələrində 8 Noyabr prospektində qeydə alınıb.
99-M-279 dövlət nömrə nişanlı motosiklet yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq yerüstü piyada keçidinin dayağına çırpılıb. Qəza nəticəsində Bakı sakini, 26 yaşlı Raul İsgəndərov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bildirilib ki, bu cür hadisələr ikitəkərli nəqliyyat vasitələrini idarə edənlər tərəfindən qaydalara əməl olunmamasının ağır nəticəsidir. Qurum sürücüləri təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırıb.
Demokrat.az

